İsrailin Baş naziri Putinə niyə zəng etmişdi?
İsrailin Baş naziri Naftali Bennet Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
 
TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
Danışıqlar İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.
 
Söhbət zamanı V.Putin münaqişənin həlli şərtləri - Rusiyanın təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası, onun neytral və qeyri-nüvə statusunun təmin edilməsi, habelə Krım məsələsi və Donetsklə Luqanskın Ukrayna tərəfindən tanınması ilə bağlı prinsipial mövqeyini qoruyub saxlayacağını qeyd edib.

Senzor.az xatırladır ki, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa bugünkü videomüraciətində dünya yəhudilərinə çağırış etmişdi.
 
“Paytaxtımıza atılan raketlər göstərir ki, Rusiyadakı bir çox insana Kiyev tamamilə yaddır. Onlar paytaxtımız, tariximiz haqqında heç nə bilmirlər. Onlar bizim tariximizi, ölkəmizi silmək, hamımızı məhv etrmək barədə əmr alıblar”, - deyən Ukrayna lideri daha sonra Umanın atəşə tutulmasını da xatırladaraq əlavə etmişdi: "İndi mən bütün dünya yəhudilərinə müraciət edirəm: nələrin baş verdiyini görmürsünüzmü? Nasizm sükut içində doğulur. İndiki halda dünya yəhudilərinin səssiz qalmaması, baş verənlərə reaksiya bildirməsi çox vacibdir”.
 
Onu da qeyd edək ki, bundan əvvəl tərəflər arasında telefon danışığı fevralın 27-də olmuşdu.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.