
“İran ABŞ ilə mənasız danışıqlarda vaxt itirmək niyyətində deyil”.
Senzor.az bildirir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi xarici KİV-ə açıqlamasında deyib.
“Danışıqlarda iştirakımızla bağlı heç bir narahatlığımız yoxdur. Amma biz danışıqların vaxt itirmək məqsədilə aparıdığını qəbul etmirik. Danışıqlar İran üçün konkret və aydın nəticələrə gətirib çıxarmalıdır. Ancaq Amerika hələlik bu danışıqlarda öz mövqeyini dəqiq müəyyən edə bilməyib”, - deyə o vurğulayıb.
Yeri gəlmişkən, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi öz növbəsində Tehranın İslamabadda ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak edib-etməmək barədə hələ qərar vermədiyini bildirib.
Bir müddət öncə isə ABŞ Prezidenti Donald Tramp ABŞ nümayəndə heyətinin bazar ertəsi günü İranla danışıqlar aparmaq üçün Pakistana yola düşəcəyini açıqlayıb.