Çin lideri Hörmüz boğazı ilə bağlı
ÇAĞIRIŞ ETDİ

“Çin Hörmüz boğazında normal və sərbəst naviqasiyanın təmin edilməsinin vacib olduğunu düşünür”.

 

Senzor.az bildirir ki, bunu Çin Sədri Si Cinpin Səudiyyə Ərəbistanı Baş naziri və vəliəhd şahzadə Məhəmməd bin Salmanla telefon danışığından sonra deyib.

 

“Çin ABŞ və İran arasında atəşin və hərbi əməliyyatların dərhal və tamamilə dayandırılmasını müdafiə edir, sülhün bərpası üçün bütün səyləri dəstəkləyir və fikir ayrılıqlarının siyasi-diplomatik yollarla həllində israr edir. Həmçinin Hörmüz boğazının müntəzəm gəmiçilik üçün açılması region ölkələri və beynəlxalq ictimaiyyətin ortaq maraqlarına uyğundur”, - o bildirib.

 

Si Cinpin Pekinin region ölkələrinin mehriban qonşuluq münasibətlərini və inkişafını gücləndirmək, eləcə də təhlükəsizlik və əməkdaşlığı təmin etmək istəklərini dəstəklədiyini qeyd edib. Çin Sədri bu dövlətlərin öz gələcəyini öz əllərinə almalı və uzunmüddətli sabitlik və təhlükəsizliyi təşviq etməli olduqlarını vurğulayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.