
ABŞ-ın Vitse-prezidenti Cey Di. Vensin Pakistana planlaşdırılan səfəri ləğv edilib.
Bu barədə “Associated Press” agentliyi ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən rəsmisinə istinadla məlumat yayıb.
Senzor.az xatırladır ki, Vensin İranla bağlı danışıqlarda Amerika nümayəndə heyətinə yenidən rəhbərlik edəcəyi gözlənilirdi.
Qeyd edək ki, İran nümayəndələri aprelin 22-də İslamabadda keçirilməsi planlaşdırılan ABŞ ilə danışıqlarda iştirak etməyəcəklərini bəyan ediblər. Tehran danışıqlarda iştirak etməkdən imtina barədə qərarını Pakistandakı vasitəçilərlə Amerika tərəfinə çatdırıb. Bildirilib ki, bu qərar qətidir.
İran hesab edir ki, danışıqlarda iştirak mənasızdır və vaxt itkisidir, çünki onların fikrincə, ABŞ istənilən ağlabatan razılaşmanın əldə edilməsinə mane olur.