Tramp İrana yeni ultimatum verdi

ABŞ Prezidenti Donald Tramp İrana düşünmək üçün daha bir neçə gün vaxt verməyə hazırdır, əks təqdirdə uzatdığı atəşkəsi ləğv edəcək.

 

“Axios” portalı bu barədə Ağ Evdəki mənbələrinə istinadla məlumat yayıb.

 

“Tramp iranlılara fikirlərini yekunlaşdırmaq üçün daha üç-beş günlük atəşkəsə hazırdır. Bu, sonsuzluğa qədər davam etməyəcək”, - deyə nəşrin həmsöhbəti bildirib.

 

Mənbələrin fikrincə, Ağ Ev İranla müharibəyə son qoymaq üçün razılaşma əldə edilə biləcəyinə hələ də inanır. Lakin Tramp administrasiyası ehtiyatlanır ki, ola bilsin belə getsə Tehranda daxili fikir ayrılıqları səbəbindən heç kimin ABŞ ilə sülh danışıqları aparmaq səlahiyyəti qalmasın.

 

Bundan əvvəl Tramp İranla atəşkəsi uzatmaq qərarına gəldiyini açıqlayıb və deyib ki, bu xahişlə ona Pakistanın Baş naziri Şahbaz Şərif müraciət edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.