Pezeşkian Müctəba Xamenei ilə görüşüb

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali lideri Müctəba Xamenei ilə görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Prezidentinin Mətbuat xidməti məlumat yayıb.  

 

“Pezeşkian görüşün səmimi şəraitdə keçdiyini, müzakirələrin təxminən iki saat yarım davam etdiyini bildirib”, - məlumatda deyilir.

 

Bu arada İran Prezidenti Məsud Pezeşkian Sənaye, Mədən və Ticarət Nazirliyində keçirilən toplantıdakı çıxışında Ali rəhbər Ayətullah Seyid Müctəba Xamenei ilə son görüşünə özü də toxunub. O, görüşün təxminən iki saat yarım davam etdiyini təsdiqləyib. Prezidentin sözlərinə görə, ən çox diqqət çəkən məqam Ali rəhbərin insanlarla davranış tərzi, təvazökarlığı və səmimiyyəti olub. Pezeşkian bildirib ki, bu yanaşma görüş mühitini etimad, sakitlik və birbaşa dialoq atmosferinə çevirib.

 

O qeyd edib ki, ölkənin ən yüksək rəhbərliyində belə bir davranış modeli idarəetmə sistemi üçün də nümunə ola bilər - xalqa yaxın olmaq, onların problemlərini həqiqətən dinləmək və məsuliyyət hissi ilə davranmaq baxımından.

 

Prezident hazırkı həssas regional və daxili şəraitdə bu cür yanaşmanın sosial etimadın və milli birliyin güclənməsində mühüm rol oynaya biləcəyini bildirib.

 

Qeyd edək ki, bunlar Xamenei ilə Pezeşkianın şəxsi görüşü barədə ilk rəsmi məlumatlardır. Martın 12-də İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai Ali liderin ABŞ və İsrailin zərbələri nəticəsində yaralandığını təsdiqləmişdi. Hərbi əməliyyatların başlanmasından indiyədək Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb, onun bütün müraciətləri isə yazılı formada dərc edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.