Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 245 nəfər dünyasını dəyişib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 283 min 250 nəfər test edilib, 19 min 557 yeni yoluxma halı qeydə alınıb.
O da bildirilib ki, ötən gün koronavirusdan 13 min 401 nəfər sağalıb.