Putin Ermənistanın Aİ-yə qoşulmaq planları haqda: "BİZ QARŞILIQLI FAYDALI BOŞANMA YOLU İLƏ GEDƏCƏYİK”
VİDEO

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakla Avropa İttifaqına (Aİ) inteqrasiya kursu arasında seçim etməlidir və Yerevan Avropa istiqamətini seçəcəyi təqdirdə “yumşaq və mədəni ayrılıq” mümkün ola bilər.

 

Senzor.az bildirir ki, bu fikri Rusiya Prezidenti Faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirlərdən sonra mətbuat konfransında səsləndirilib. 

 

Rusiya dövlət başçısının sözlərinə görə, Ermənistan Aİİ çərçivəsində, xüsusilə kənd təsərrüfatı sahəsində ciddi üstünlüklər əldə edir, lakin respublikanın Avropa İttifaqına qoşulmaq planları “xüsusi yanaşma” tələb edir. Putin qeyd edib ki, Rusiya Ermənistan xalqı üçün faydalı olacaq istənilən qərarı dəstəkləyəcək. 

 

Onun sözlərinə görə, əgər Ermənistan Avropaya inteqrasiya məsələsi üzrə referendum keçirsə və erməni xalqı Aİ-yə üzvlüyü dəstəkləsə, Moskva “sivil ayrılıq” variantını nəzərdən keçirə bilər: "Biz bunu mülayim, ağıllı və qarşılıqlı faydalı boşanma yolu ilə gedəcəyik. Ermənistanın Avropaya inteqrasiya planları məsələsinin növbəti Aİİ sammitində müzakirəyə çıxarılması da mümkündür".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.