Almaniyanın müdafiə naziri Ukraynaya elan olunmamış səfər edib
PLANINDA NƏLƏR VAR?

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya əvvəlcədən elan olunmamış səfər edib.

 

Senzor.az Almaniya mediasına istinadən bildirir ki, nazir açıqlamasında səfər zamanı iki ölkə arasında yeni silah sistemlərinin birgə istehsalına dair planların müzakirə olunacağını açıqlayıb. Kiyevdəki görüşlərdə əsas diqqət pilotsuz döyüş sistemlərinin, xüsusilə uzaqmənzilli “Deep strike” imkanlarına malik silahların hazırlanmasına yönəlib.

 

Nazirin sözlərinə görə, Almaniya və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməyi, birgə müəssisələrin sayını artırmağı və innovativ texnologiyaların inkişafını sürətləndirməyi planlaşdırır. Bu məqsədlə perspektivli hərbi texnologiyalar üzərində çalışan şirkət və mühəndislərin xüsusi platformalar vasitəsilə dəstəklənməsi nəzərdə tutulur.

 

B.Pistorius bildirib ki, Ukraynanın müharibə şəraitində əldə etdiyi praktiki təcrübə Almaniya üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə pilotsuz uçuş aparatlarının tətbiqi və uzaqmənzilli hədəflərin vurulması sahəsində Ukraynanın qazandığı imkanların Almaniyanın və Avropadakı digər tərəfdaşların müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcəyi qeyd olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.