
Senzor.az bildirir ki, V.Zelenski bu barədə “Twitter” hesabında məlumat paylaşıb.
Ukrayna lideri yazıb: “Prezident Ərdoğan ilə danışıqlar apardım. Davamlı dəstək üçün Türkiyəyə təşəkkür etdim. Rusiya Federasiyası tərəfindən təcavüzün və nüvə terrorizminin davam etdiyi barədə onu məlumatlandırdım. Biz hərbi əməliyyatların dayandırılmasına nail olmalıyıq”.