Rusiya qoşunları Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşır.
Senzor.az CNN-ə istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Rusiya qüvvələri hazırda 20 mil uzaqdadır və Ukraynanın ikinci ən böyük nüvə obyektinə yaxınlaşırlar. Prezident Putin bu müharibəyə və Ukrayna xalqına qarşı amansız hücumlara son qoymaqla bu humanitar fəlakəti dayandırmalıdır”, - diplomat stansiyanın adını çəkmədən deyib.
O həmçinin qeyd edib ki, "Beynəlxalq ictimaiyyət Rusiya qüvvələrinin təhlükəli hücumunu dayandırmasını tələb etməkdə yekdil olmalıdır. Və dediyim kimi, Ukrayna xalqı bizə arxalanır, biz onları ruhdan salmamalıyıq".
Qeyd edək ki, "Energoatom"un məlumatına görə, enerji istehsalı baxımından ölkənin ikinci ən böyük nüvə obyekti Ukraynanın cənubundakı Nikolayev vilayətində yerləşən Cənubi Ukrayna Atom Elektrik Stansiyasıdır.
Xatırladaq ki, ötən cümə Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının Ukraynanın cənubundakı atom elektrik stansiyasına hücumundan sonra Rusiyanı “nüvə terroru”nda ittiham etmişdi.