
Çinin Quansi Çjuan Muxtar rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ilkin məlumata görə zəlzələ nəticəsində azı 13 yaşayış binasına ciddi ziyan dəyib, iki nəfər həlak olub, dörd nəfər xəstəxanaya yerləşdirilib, daha bir nəfər isə itkin düşüb.
Bölgəyə 300 nəfərdən çox xilasedici göndərilib. Zəlzələ zonasından 7 mindən çox şəxs təxliyə edilib.
Çin Zəlzələ Administrasiyası zəlzələ ilə əlaqədar dördpilləli fövqəladə reaksiya sistemində üçüncü səviyyəli xəbərdarlıq rejimi elan edib. Bu sistemdə birinci səviyyə ən yüksək təhlükə dərəcəsi hesab olunur.
Zəlzələ mayın 18-nə keçən gecə baş verib. Yeraltı təkanların episentri Liuzhou şəhərinin Liunan rayonunda, 8 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, Liuzhou şəhərində 4 milyondan çox insan yaşayır.