ABŞ daha bir ölkənin liderinə qarşı əməliyyat planı hazırlayır – HƏDƏFDƏ RAUL KASTRODUR
VİDEO

ABŞ-ın ədliyyə naziri, baş prokuroru səlahiyyətlərinin icraçısı Todd Blanş Kuba inqilabının liderlərindən biri olan ordu generalı Raul Kastronun ölkəyə (ABŞ-a) gətirilərək məhkəməyə çıxarılması üçün əllərindən gələni etməyə hazır olduqlarını bəyan edib.

 

Bu barədə "Fox News" telekanalı məlumat verib.

 

"Bizə lazımdır ki, Kastro burada olsun və məhkəmədə cavab versin. Biz onun bura gətirilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə o bildirib.

 

Todd Blanş Venesuelanın sabiq prezidenti Nikolas Maduronun ABŞ Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsini xatırladaraq, bunu "ekstremal nümunə" adlandırıb.

 

"Biz bunu adətən ekstradisiya və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə edirik", - deyə o qeyd edib.

 

Oxu.az xatırladır ki, ABŞ Ədliyyə Nazirliyi daha əvvəl Raul Kastroya qarşı ittiham irəli sürüb və o, dörd nəfərin qətlində, iki təyyarənin məhv edilməsində, ABŞ vətəndaşlarını öldürmək məqsədilə əlbir iş görməkdə günahlandırıb. İttihamlar 1996-cı ildə baş verən insidentlə bağlıdır ki, o zaman Kuba Hərbi Hava Qüvvələri Mayamidə yerləşən "Qardaşlar köməyə gəlir" mühacirət təşkilatına məxsus iki təyyarəni vurmuşdular. Kastro ilə yanaşı, iş üzrə təqsirləndirilən şəxs qismində daha beş nəfər barəsində cinayət işi açılıb. Blanşın sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi 94 yaşlı Kastronun məhkəməyə könüllü və yaxud başqa formada çıxarılacağına inanır.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.