
İran-ABŞ danışıqları hazırda İranın nüvə proqramı ilə bağlı məsələləri əhatə etmir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
"Bu mərhələdə biz müharibəni bitirməyə diqqət yetiririk. Zənginləşdirmə proqramı və ya zənginləşdirilmiş uranla bağlı ətraflı müzakirələr aparılmır", - deyə o, İran dövlət televiziyasında bildirib.
Bəqayi qeyd edib ki, İran ABŞ ilə mesaj mübadiləsi aparmağa davam edir, lakin hələlik yekun razılaşmanın təsdiqlənməsi barədə heç bir söhbət yoxdur.
Tramp daha əvvəl Tehran və Vaşinqton arasında əldə edilən razılaşmanı şərh edərkən bildirmişdi ki, ABŞ İran və MAQATE ilə əməkdaşlıq çərçivəsində İranda zənginləşdirilmiş uranı çıxaracaq və utilizasiya edəcək.