
Pentaqon İrana qarşı müharibə zamanı Yaxın Şərqdə zədələnmiş bəzi Amerika bazalarından qoşunların çıxarılması ehtimalını istisna etmir.
TASS xəbər verir ki, bu barədə ABŞ-ln hərb naziri Pit Heqset Sinqapurdakı ABŞ səfirliyində jurnalistlərlə görüşündə bildirib.
ABŞ-ın bölgədəki bəzi bazaların boşaldılmasına dair suala Heqsetin cavabı belə olub: "Bu qərarı Prezident Donald Tramp verəcək. Biz bölgədəki tərəfdaşlığımıza yüksək qiymət veririk. Bu qərarlar nəticəyə əsasən veriləcək. Qüvvələrimiz hazırda öz mövqelərindədir və lazım gələrsə, yenidən döyüşməyə hazırdır".
O, həmçinin İranın ABŞ ilə danışıqlar nəticəsində nüvə ambisiyalarından imtina edəcəyinə inandığını bildirib və gələcək razılaşmanın ABŞ xalqının maraqlarına uyğun olacağını vurğulayıb.