
“RİA Novosti” xəbər verir ki, bu barədə dövlət başçısının fərmanında deyilir.
“Rusiya Federasiyası hökuməti iki gün müddətində Rusiya Federasiyasına, Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını müəyyən etsin”, - məlumatda vurğulanıb.
Prezident bu fərmanla Rusiya, regionlar, bələdiyyələr və rezidentlər tərəfindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli xarici kreditorlara ödənişlərin həyata keçirilməsi üçün müvəqqəti prosedur müəyyən edib.