CNN: İran 18 yeraltı raket bazasına girişi bərpa edib
VİDEO

İran ABŞ zərbələri nəticəsində girişləri bağlanmış 18 iri yeraltı raket bazasına çıxışı bərpa edib.

 

Bu barədə CNN telekanalı peyk görüntülərinə istinadla məlumat yayıb.

 

Məlumata görə, İran bu obyektlərə aparan 69 tunel girişindən 50-ni yenidən istifadəyə yararlı vəziyyətə gətirib. Ekspertlər hesab edirlər ki, bu, Tehrana yeraltı anbarlarda saxlanılan raket və sursatları daha operativ şəkildə istifadə etmək imkanı yarada bilər.

 

CNN-in qeyd etdiyinə görə, ekspertlər İranın yeraltı bazalarda təxminən 1000 raket saxladığını ehtimal edirlər.

 

Peyk görüntüləri göstərir ki, girişlərin bərpası əsasən buldozerlər və özüboşaldan yük maşınları kimi sadə texnikanın köməyi ilə həyata keçirilib. Bazalara aparan yollar da təmir olunub.

 

Ekspertlərin fikrincə, 20 ildən artıq müddətdə formalaşdırılan İranın yeraltı raket bazaları şəbəkəsi raketlər və buraxılış qurğuları üçün yüksək səviyyədə mühafizə təmin edir. Onların bir hissəsinin yüzlərlə metr dərinlikdə yerləşməsi ABŞ və İsrailin bu obyektlərə zərbə imkanlarını məhdudlaşdırır.


Senzor.az xatırladır ki, bu mövzuda xəbərlər müxtəlif KİV-lərdə və sosial media şəbəkələrində bundan əvvəl də yayılıb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.