Tramp Xamenei ilə görüşmək istəyir:
"MARAQLI OLAR..."

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin nümayəndələri, o cümlədən Ali rəhbər Müctəba Xamenei ilə mümkün görüşü gözlədiyini bildirib və davam edən sülh danışıqlarına baxmayaraq, tərəflərin "kifayət qədər yaxşı yola getdiyini" qeyd edib.

 

Senzor.az bildirir ki, bu barədə o, "Pod Force One" verilişinə müsahibəsində danışıb.

 

Trampın sözlərinə görə, o, Müctəba Xamenei ilə şəxsən tanış deyil, lakin hesab edir ki, ölkəsində ona çox hörmət edirlər və Ali rəhbər İranda qərar qəbuletmə prosesində əhəmiyyətli rol oynayır: “Deyirlər ki, qəbul edilən qərarlara dair son təsdiqi o verir, çünki bu, İranda çox uzun müddətdir belə olub. Əvvəl atası, indi isə o...”.

 

İranın Ali rəhbəri ilə görüşmək ehtimalını şərh edən Tramp, belə bir perspektivi istisna etmədiyini, üstəlik bunun maraqlı ola biləcəyini bildirib: "Bəli, mən onunla görüşmək istərdim… və hər şeyin necə cərəyan edəcəyindən asılı olaraq, ehtimal ki, nə vaxtsa görüşəcəyik".

 

ABŞ Prezidenti vurğulayıb ki, hətta rəqib ölkələrin nümayəndələri ilə şəxsi təmaslar belə gərginliyin azalmasına və təhlükəsizliyin artmasına kömək edə bilər. Yeri gəlmişkən, Tramp onu da bildirib ki, Müctəba Xamenei dolayısı ilə ABŞ-la aparılan danışqılarda iştirak edir.

 

Xatırladaq ki, 56 yaşlı Müctəba Xamenei 28 fevralda ABŞ-İsrail koalisiyasının hava hücumları nəticəsində yaralanandan sonra ictimaiyyət qarşısında görünməyib. Bu hücumda onun atası, İranın keçmiş Ali lideri Əli Xamenei və digər ailə üzvləri həlak olublar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.