
Günəşdə "qara partlayış" qeydə alınıb.
Oxu.az bildirir ki, Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Günəşdə baş verən maraqlı hadisə haqqında məlumat yayıb.
Mütəxəssislər bildiriblər ki, baş verən güclü alışmalardan biri zamanı neytral hidrogen buludu parçalanaraq ətrafa yayılıb. Bu bulud çəkilən görüntülərdə Günəşin parlaq səthi fonunda qara ləkə kimi müşahidə olunub.
Astronomların izahına görə, Bakı vaxtı ilə saat 11 radələrində qeydə alınan ikinci alışma zamanı Günəş tacına neytral hidrogen buludu püskürüb.
"Nəticədə Günəşin parlaq səthinin üzərinə sanki qara bir yorğan atılır və bu "yorğan" neytral hidrogen tamamilə ionlaşana və ya Günəş diskinin hüdudlarından kənara çıxana qədər mövcud olur", - deyə laboratoriya mütəxəssisləri qeyd ediblər.