
“Əgər Ermənistan Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmanı davam etdirmək qərarına gəlsə, Rusiya nə Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində, nə də ikitərəfli müqavilələr vasitəsilə İrəvanı dəstəkləyəcək. Bundan sonrakı qərarlar, digər məsələlərlə yanaşı, Ermənistan seçkilərinin nəticəsindən asılı olacaq”.
Senzor.az bildirir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Rusiya rəsmisi “Avropayönlü siyasi qüvvə” adlandırdığı Baş nazir Nikol Paşinyan və komandasının bu baxımdan Moskvanın maraqlarına uyğun olmadığını etiraf edib: “Ermənistan parlament seçkilərində kimin qalib gələcəyini görüb sonra tədbir görməli, qərar verməliyik. Çünki Avropayönlü qüvvələr qalib gələrsə, bu, Ermənistanın Avropa İttifaqına doğru irəliləyəcəyi demək olacaq. Bu halda, həqiqətən də müvafiq tədbirlər görmək lazım olacaq”
A.Overçuk növbəti dəfə bəyan edib ki, Rusiya öz gələcəyini Avropa İttifaqında görən ölkəni maliyyə baxımından dəstəkləmək niyyətində deyil. Belə ki, onun sözlərinə görə, Aİ Rusiya ilə müharibəyə hazırlaşır.
“Biz nə edək?! Sabah bəlkə də bizimlə müharibə aparacaq kəslərə pul verək?!”, - deyə o vurğulayıb.