İranın XİN başçısı HƏMAS-ın nümayəndəsi ilə danışdı

İran region xalqlarının, xüsusən Fələstin və Livanda İsrailin hücumlarına qarşı qanuni müqavimətini dəstəkləmək üzrə prinsipial siyasətini davam etdirəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayya ilə telefon danışığında deyib.

 

A.Əraqçi İranın bölgədə müharibəni dayandırmaq üzrə son tədbirləri barədə məlumat verib.

 

Xəlil Əl Hayya isə Fələstində, xüsusən Qəzza zolağındakı son vəziyyət barədə A.Əraqçini məlumatlandırıb. O, Fələstinə hücumlar dayandırılana qədər müqavimət göstərəcəklərini diqqətə çatdırıb.

 

HƏMAS-ın Siyasi Bürosunun üzvü həmçinin regionda bütün cəbhələrdə müharibənin eyni vaxtda dayandırılmasının zəruriliyini vurğulayan İranın ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin mövqeyinə görə minnətdarlığını bildirib və Fələstin xalqının qanuni mübarizəsinə göstərdiyi dəstəklə bağlı İslam Respublikasına təşəkkür edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.