Paşinyan parlament seçkilərində səs verdi - YENİLƏNİB, FOTO/VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistan hökumətinin başçısı səhər saatlarında İrəvanın Şenqavit rayonundakı seçki məntəqəsinə gedib.

 

Qeyd edək ki, parlament seçkilərində on səkkiz siyasi qüvvə - 16 partiya və iki partiya bloku iştirak edir. Ölkə üzrə 2 000-dən çox seçki məntəqəsi açılıb. 

Partiyalar üçün seçki həddi 4 %, iki və ya üç partiyadan ibarət bloklar üçün 8 %, dörd və ya daha çox partiyadan ibarət birliklər üçün isə 10 % təşkil edir. Qanunla minimum seçici fəallığı həddi nəzərdə tutulmayıb.


**10:30 

Bu gün Ermənistanda 9-cu çağırış parlament seçkiləri keçirilir. 

 

Senzor.az bildirir ki, ölkə üzrə bütün seçki məntəqələri yerli vaxtla saat 08:00-dan (Bakı vaxtı ilə üst-üstə düşür) açıqdır və səsvermə davam edir.

 

Vətəndaşlar səsvermə hüququndan saat 20:00-a qədər istifadə edə bilərlər. Ölkə xaricində səsvermə planlaşdırılmır.

 

Saat 12:00-dan başlayaraq Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) hər 3 saatdan bir seçici fəallığı haqqında məlumatları dərc edəcək. Təxminən saat 23:00-da MSK-nın ən kiçik və ən ucqar kənd seçki məntəqələrinin səsvermə nəticələrini dərc etməyə başlayacağı gözlənilir, lakin bu, ümumi mənzərəni əks etdirmir. Gecə saat 02:00-03:00 radələrində seçicilərin üçdə birinin yaşadığı paytaxt Yerevan da daxil olmaqla, böyük şəhərlərdən məlumatlar alınmağa başlayacaq. Elektron səs sayılması 8 iyun səhəri saat 08:00-da başa çatacaq.

 

Ermənistan parlamenti proporsional təmsilçilik, yəni, yalnız partiya siyahıları ilə seçilir. Ermənistan parlamentinin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır: 16 partiya və 2 blok. Partiyaların parlamentə keçmək üçün həddi 4 faiz, bloklar üçün isə 8 faiz olaraq müəyyən edilib. Yekun seçki nəticələri hesablanarkən etibarsız və qəsdən korlanmış bülletenlər sadəcə olaraq buraxılır və nəzərə alınmır. Partiyaların aldığı faizlər yalnız etibarlı bülletenlərin ümumi sayı əsasında müəyyən edilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.