Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında icazəsiz aksiyalarda 5200-ə yaxın şəxs iştirak edib və 3500-dən çox insan saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə bazar günü Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
“Moskva şəhərindəki razılaşdırılmamış aksiyada təxminən 2500 nəfər iştirak edib, 1700 nəfər saxlanılıb. Sankt-Peterburq şəhərində iştirakçıların sayı təqribən 1500 nəfər olub, onlardan 750 nəfəri saxlanılıb. Digər bölgələrdə isə icazəsiz aksiyalarda ümumilikdə 1200 nəfər iştirak edib, 1061 nəfər saxlanılıb”, - deyə o bildirib.
**19:42(06.03.2022)
Rusiyada müharibəyə qarşı etirazlar səngimək bilmir.
Növbəti analoji aksiya ölkənin ikinci paytaxtı Sankt-Peterburq şəhərində keçirilib.
Aksiyadan görüntülər sosial şəbəkələrdə yayılıb.
Nümayişçilər “Ukrayna bizim düşmənimiz deyil” şüarı səsləndirərək bu ölkədə baş verənlərə etirazlarını bildiriblər.