Britaniyanın "Sky News" telekanalının çəkiliş qrupu Kiyev yaxınlığında Rusiya qoşunlarının atəşinə məruz qalıb.
Hadisə fevralın 28-də baş verib, lakin "Sky News" vəziyyət haqqında təfərrüatlı məlumatı yalnız martın 4-də axşam saatlarında, jurnalistlər Böyük Britaniyaya çatanda verib.
Bu barədə "Gordon" nəşri məlumat yayıb.
Belə ki, beş nəfərdən ibarət çəkiliş qrupu Ukrayna ordusunun Rusiya texnikasının karvanını darmadağın etdiyi Kiyev vilayətinin Buça şəhərindəki vəziyyətlə bağlı reportaj hazırlamağı planlaşdırırmış. Uzunluğu 30 km-dən az olan yol bir neçə saat vaxt alsa da, Ukraynanın sonuncu keçid məntəqəsində jurnalistlərə yolun davam etməsinin təhlükəli olduğu bildirilib.
Qrup Kiyevə qayıtmaq qərarına gəlib, lakin yolda jurnalistlər atəşə tutulub, maşın aşıb. Jurnalistlər qışqıraraq atəş açan şəxsə media nümayəndələri olduqlarını desələr də, atəş dayanmayıb.
Müxbir Stüart Remzi və operator Riçi Mokler yaralanıblar. Nəticədə komandanın hər beş üzvü maşından düşərək yerli zavoda sığınıb. Onlar oradan Ukrayna polisi tərəfindən təxliyə ediliblər.
Senzor.az bildirir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson şəxsi “Tvitter” səhifəsində açıqlama verərək, “Sky News” telekanalı əməkdaşlarının cəsarətini yüksək qiymətləndirib, onların həqiqəti çatdırmaq üçün həyatlarını riskə atdıqlarını vurğulayıb.
Onu da qeyd edək ki, “BBC”, “CNN” və “Bloomberg” kimi xəbər agentlikləri Rusiyadakı fəaliyyətlərini müvəqqəti dayandıracaqlarını açıqlayıblar.

This is absolutely terrifying - Stuart Ramsay and his Sky News team were targeted by a professional Russian hit squad in Ukraine.
Amazing that cameraman Richie Mockler managed to film this despite being under heavy gunfire.
They're safely back in the UK. https://t.co/Rs4xVuNukw pic.twitter.com/gKyIzbRNwN