Zelenski ABŞ-a gedib – BAYDENLƏ NƏLƏR MÜZAKİRƏ OLUNACAQ?

Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona səfərə gedib. O, sentyabrın 1-də ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
 
Daha əvvəl Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Zelenskinin 31 avqust-1 sentyabr tarixlərində Vaşinqtonda qalacağını, bundan sonra Kaliforniyaya səfər edəcəyini və amerikalı iş adamları ilə görüşəcəyini bildirib.
 
İşgüzar səfər çərçivəsində iki ölkə liderlərinin təkbətək və geniş formatda görüşü nəzərdə tutulub. Həmçinin, bir sıra sənədlər imzalanacaq.
 
V.Zelenski və birinci xanım Yelena Zelenskaya ABŞ-ın bir sıra digər şəhərlərində də olacaqlar.
 
Yeri gəlmişkən, Ağ Evin mətbuat katibi Cen Psaki bu arada keçirdiyi mətbuat konfransında bildirib ki, bu səfər Rusiyanın Donbas və Krımda uzun müddət davam edən təcavüzü qarşısında ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edəcək: “Eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı sıx əməkdaşlığımız və Prezident Zelenskinin korrupsiyaya qarşı mübarizə və ortaq demokratik dəyərlərimizə əsaslanan islahat proqramlarını həyata keçirmə səyləri də müzakirə olunacaq”.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.