İranla ABŞ arasında yeni danışıqlar mərhələsi başlayacaq
DETALLAR

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran–ABŞ sülh sazişi ilə bağlı anlaşma memorandumunun ilk mərhələsi ölkəyə qarşı zorla qəbul etdirilmiş müharibənin dayandırılmasına və Hörmüz boğazı ilə bağlı məsələlərin həllinə yönəlib.

 

Yerli KİV xəbər verir ki, İranın baş diplomatı çərşənbə axşamı Tehranda fəaliyyət göstərən səfirlər, müvəqqəti işlər vəkilləri, xarici və beynəlxalq nümayəndəliklərin rəhbərləri ilə görüş keçirib.

 

"Mehr" agentliyinin məlumatına görə, Əraqçi bu görüşdə çıxışı zamanı deyib ki, ABŞ və İsrailin İrana qarşı hərbi hücumundan sonra hərtərəfli razılaşmaya nail olmaq çətinləşib. Buna görə də tərəflər danışıqları iki mərhələyə bölmək qərarına gəliblər.

 

Əraqçinin sözlərinə görə, anlaşma memorandumu rəsmi şəkildə imzalanacağı gün İran və ABŞ arasında yeni danışıqlar mərhələsi başlayacaq. Növbəti mərhələnin məqsədi isə 60 gün ərzində yekun sazişə nail olmaqdır.

 

O bildirib ki, memorandumun imzalanmasından dərhal sonra ikinci mərhələ başlayacaq və 60 gün davam edəcək. Bu müddət ərzində tərəflər nüvə proqramı və sanksiyaların aradan qaldırılması məsələlərini əhatə edən yekun razılaşma əldə etməyə çalışacaqlar.

 

Xarici işlər naziri qeyd edib ki, münaqişə ilə paralel başlayan və iyunun 15-dək davam edən üç aylıq danışıqlardan sonra birinci mərhələ yekunlaşdırılıb.

 

Əraqçi əlavə edib ki, memorandumun rəsmi icrasına iyunun 19-u, cümə günü başlanacaq. Bununla belə, müharibənin başa çatdığı barədə elan artıq bazar ertəsi səhər verilib. Əraqçi bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırılmasını bu anlaşmanın ən vacib elementi kimi qiymətləndirib.

 

O bildirib ki, İran Livandakı müharibənin başa çatmasını ümumi münaqişənin sona çatdırılmasının vacib hissəsi hesab edib. Nazirin fikrincə, hər iki cəbhədə baş verən hadisələr bir-biri ilə əlaqələnib. O vurğulayıb ki, Tehranın baxışına görə memorandumun tərəfləri bir tərəfdən ABŞ və İsrail rejimi, digər tərəfdən isə İran və “Hizbullah”dır. O əlavə edib ki, Livandakı müharibənin başa çatması işğalın da sona çatmasını tələb edir və gələcəkdə İsrailin hər hansı hərbi əməliyyatı və ya Livan ərazisində mövcudluğunu davam etdirməsi memorandumun pozulması kimi qiymətləndiriləcək.

 

İranın xarici işlər naziri həmçinin prosesin irəliləməsinə verdikləri dəstəyə görə Qətər və Pakistan hökumətlərinə təşəkkürünü bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.