Türkiyənin 54 vilayətində əməliyyat: 258 NƏFƏR SAXLANILDI
VİDEO

Türkiyənin 54 vilayətində sosial media platformaları üzərindən muzdlu qatil və cinayətkar qruplaşmaları tərifləyən şəxslərə qarşı keçirilən əməliyyatlarda 258 şübhəli saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Əməliyyatlarda saxlanılan şübhəlilərin ünsiyyət platformalarında yaradılan qruplar vasitəsilə muzdlu qatil cəlb etmə və ya muzdlu qatillik işi görməyə yönəlmiş paylaşımlar etdikləri, sosial media hesabları üzərindən cinayət və cinayətkarı tərifləyən, təhdid, təhqir, qruplaşma təbliğatı məzmunlu paylaşımlar etdikləri aşkarlanıb.

 

"Sosial media üzərindən cinayətə təşviq edənlərə, cinayətkar qruplaşmaların təbliğatını aparanlara və gənclərimizi hədəf alan cinayətkar strukturlara qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk", - Türkiyə DİN-dən bildirilib.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.