
İyunun 18-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp kəşfiyyat orqanlarının qapalı brifinqinə qatılacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu məlumat dövlət başçısının rəsmi iş qrafikində öz əksini tapıb.
Mövcud cədvələ əsasən, brifinq yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq. Müzakirə olunacaq məsələnin detalları ictimaiyyətə açıqlanmayıb.