Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik - VİDEO

Ankara Varşava ilə həmçinin müdafiə sənayesi sahəsində sıx əməkdaşlığa hazırdır. Türkiyə və Polşa dəfələrlə layihələr həyata keçiriblər, bunlardan bəziləri PUA-ların təchizatı ilə bağlı olub. Ölkələrimiz NATO üzrə iki əvəzolunmaz müttəfiq kimi fəal şəkildə əməkdaşlıq edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Polşa Prezidenti Karol Navrotski ilə birgə mətbuat konfransında deyib.

 

Türkiyə lideri Polşa ilə əməkdaşlığı qarşılıqlı faydalı adlandıraraq, Varşavaya Ankaranın Avropa İttifaqına qoşulmaq müraciətini dəstəklədiyinə görə təşəkkür edib.

 

O, həmçinin Ankarada keçiriləcək Şimali Atlantika Alyansı sammiti ilə bağlı gözləntilərini bölüşüb: “Biz NATO üzrə Avropa müttəfiqlərimizin iyulun 7-8-də keçirilməsi planlaşdırılan sammitdə üzərlərinə daha böyük məsuliyyət həcmi götürdüyünü vacib hesab edirik”.

 

Rusiya-Ukrayna müharibəsinə toxunan Türkiyə lideri qeyd edib ki, Ankara və Varşava regionda sülhün vacibliyi ilə bağlı eyni fikirdədirlər.

  

Karol Navrotski isə bildirib ki,  Polşa müdafiə sənayesində Türkiyə ilə əməkdaşlıqda maraqlıdır: "Ankarada keçiriləcək NATO zirvəsinə qatılıb Rusiya-Ukrayna münaqişəsini və nizamlanmasını müzakirə edəcəyik. Bununla paralel olaraq Polşa ilə Türkiyə arasında hərbi sahədən başqa digər sferalarda da əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılacaq".


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.