
“Amerika Birləşmiş Ştatları heç vaxt kommunist ölkəsi olmayacaq”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Vəziyyəti çox pis olan Demokratların idarə etdiyi ştatlarda seçkilərdə çoxlu kommunist namizədlər iştirak edir. Səsvermənin nəticələrinə əsasən, onlar bir-birinə qarşı kifayət qədər yaxşı nəticə göstərirlər. Pis xəbər isə odur ki, tarix qəti şəkildə sübut edib: onların tezliklə idarə edəcəkləri geridə qalmış ştatların vəziyyəti yalnız daha da pisləşəcək.
Gözəl Amerika heç vaxt kommunist ölkəsi olmayacaq”, - Prezident bildirib.
Xatırladaq ki, payızda ABŞ-də aralıq seçkiləri keçiriləcək.