Gürcüstanda son sutkada daha 79 pasiyent vəfat edib və 4 778 nəfərdə koronavirus aşkarlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 549 811-ə, ölənlərin ümumi sayı isə 7 408-ə çatıb.
Ötən 24 saat ərzində sağalanların sayı 4 753 nəfər artaraq 493 414 olub.
Bu günə olan aktiv xəstə sayı 48 963 nəfərdir.