Zelenski: Ukrayna PUA-ları Krasnodar və Yaroslavlda iki neft emalı zavodunu vurub
VİDEO

Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar və Yaroslavl regionlarında yerləşən iki mühüm neft emalı zavoduna uğurlu zərbələr endirib.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat verib.

 

Məlumata görə, əməliyyat zamanı cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən Krasnodar vilayətindəki “Slavyanski” neft emalı zavodu vurulub. Eyni zamanda, Ukrayna sərhədindən təxminən 700 kilometr uzaqlıqda yerləşən Yaroslavl regionundakı neft emalı zavodu da hədəf alınıb.

 

Volodimir Zelenski Rusiyanın hərbi potensialını məhdudlaşdırmağa yönəlmiş bu növ xüsusi əməliyyatların mütəmadi davam etdiriləcəyini vurğulayıb: "Biz Rusiyanın bu müharibəni aparmaq imkanlarını zəiflədən əməliyyatlarımızı davam etdiririk. Bizim hər bir uzaqmənzilli zərbəmiz Rusiya hərbi maşınına xidmət edən resursların azaldılması və sülhə doğru atılan növbəti addımdır. Rusiya terroruna bundan sonra da cavab verəcəyik".

 

Ukrayna Prezidenti əməliyyatda iştirak edən hərbçilərə göstərdikləri nəticəyə görə təşəkkür edib və Ukraynanı müdafiə edən hər kəsin həm də ölkə konstitusiyasının gücünü təsdiqlədiyini əlavə edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.