Putinlə Tokayev arasında telefon danışığı olub
VİDEO

Bu gün Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Kreml məlumat yayıb.

 

Qeyd olunub ki, tərəflər Rusiya Prezidentinin 2026-cı ilin may ayında Qazaxıstana etdiyi dövlət səfəri zamanı əldə olunmuş razılaşmalar çərçivəsində ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

 

Dialoq zamanı iki ölkə arasındakı hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi diqqət mərkəzində olub.

 

Liderlər ticarət-iqtisadi və enerji sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə xüsusi önəm veriblər.

 

Beynəlxalq və regional gündəliyin müzakirəsi zamanı isə Kasım-Jomart Tokayev Brüsselə etdiyi son səfərinin nəticələri barədə təəssüratlarını rusiyalı həmkarı ilə bölüşüb.


Telefon danışığı barədə Qazaxıstan tərəfi də məlumat yayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.