İran Hindistanla əməkdaşlığı genişləndirmək istəyir - FOTO

Hindistanın Baş naziri Narendra Modi İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb və tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

 

Senzor.az bildirir ki, N. Modi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

 

"İran Prezidenti Dr. Məsud Pezeşkianla Qərbi Asiyadakı son hadisələr barədə danışdım", - o bildirib.

 

Söhbət zamanı ABŞ ilə İran arasında danışıqlar prosesində əldə olunan irəliləyişlər yüksək qiymətləndirilib: "Danışıqlarda əldə edilən irəliləyişi məmnunluqla qarşıladım və davam edən səylərin regionda davamlı sülhə gətirib çıxaracağına ümid etdiyimi bildirdim. Hörmüz boğazında naviqasiya azadlığının Hindistan və dünya üçün əhəmiyyətini bir daha vurğuladım".



N. Modi söhbət zamanı ABŞ-ın fevralın 28-də İrana hücumu nəticəsində İslam Respublikasının sabiq Ali rəhbəri Əli Xameneinin ölümü ilə bağlı başsağlığı verib.

 

"İnqilabın həlak olmuş lideri ilə vida mərasimində iştirak etmək üçün Hindistandan xüsusi nümayəndə heyəti göndəriləcək", - Modi bildirib.

 

Onun sözlərinə görə, Yaxın Şərqdə təhlükəsizlik təkcə region ölkələri üçün deyil, həm də qlobal sabitlik baxımından fundamental əhəmiyyət kəsb edir.

 

İran Prezidenti Məsud Pezeşkian isə Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığında deyib ki, "İki ölkə arasındakı münasibətlər qədim, tarixi təmələ və qarşılıqlı hörmətə əsaslanır". Bu barədə ISNA-ya danışan Prezident əlavə edib ki, ikitərəfli münasibətlərin inkişafının yeni yollarını müəyyən etmək və reallaşdırmaq üçün daha çox koordinasiya yaratmaq, mövcud imkanlardan istifadə etmək zəruridir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.