Rutte: NATO üçün ən böyük təhdid olan Rusiya Çin, İran və Şimali Koreya ilə birgə hərəkət edir

Hərbi xərclər, hərbi sənayenin istehsal qabiliyyətini artırmaq və Ukraynaya dəstəyin davam etdirilməsi NATO-nun Ankara sammitinin əsas mövzuları sırasındadır.

 

Bunu NATO Baş katibi Mark Rutte “Anadolu”ya müsahibəsində deyib.

 

Ruttenin sözlərinə görə, NATO ölkələrinin Silahlı Qüvvələrində xidmət edən şəxsi heyətin təminatı, hərbi sənayenin istehsal potensialı sürətlə artırılmaldır.

 

O, Ankaranın bu məsələdə roluna diqqət çəkərək, Türkiyədəki təqribən 3000 hərbi sənaye şirkətinin prosesə mühüm töhfə verə biləcəyini qeyd edib.

 

Rutte NATO üçün ən böyük təhdidin Rusiyadan gəldiyini, Moskvanın Şimali Koreya, İran və Çinlə birlikdə hərəkət etdiyini bildirib.

 

O vurğulayıb ki, Çin 2030-cu ilə qədər 1000 nüvə başlığına sahib ola bilər.

 

“Buna görə Çin mövzusunda da sadəlövh olmamalıyıq. Birlikdə hərəkət edən bu dörd ölkə arasında uzunmüddətli fundamental təhdid Rusiyadan gəlməyə davam edir”, - Rutte əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.