
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan Yekaterinburqda keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisi çərçivəsində təşkil olunacaq "Sənaye 360. Sərhədsiz istehsal" mövzulu plenar iclasda iştirak edəcək.
Məlumatda həmçinin bildirilib ki, səfər proqramına Ermənistanın Baş naziri ilə Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin arasında ikitərəfli görüşün keçirilməsi də daxildir.