
İranın paytaxtı Tehranda ölkənin mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə matəm yürüşü keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sosial şəbəkələrdə mərasimdən görüntülər paylaşılır. Həmin görüntülərdən məlum olur ki, yürüşə yüz minlərlə insan qatılıb.
Əli Xameneinin cənazəsi Enqelab küçəsindən Azadi meydanına qədər aparılacaq. Orada artıq bir milyondan çox vətəndaşın toplaşdığı bildirilir. Havaların isti keçməsini nəzərə alaraq, yanğınsöndürən maşınlar yürüş iştirakçılarını şlanqlardan su ilə isladır. Təhlükəsizliyə İslam İnqilabı Keşikçiləri Korpusunun silahlı əməkdaşları nəzarət edir.
Yürüş başa çatdıqdan sonra cənazə ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə göndəriləcək. Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq, orada Kərbəla və Nəcəf şəhərlərində ayrıca vida mərasimləri keçiriləcək. İyulun 9-da isə Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində torpağa tapşırılacaq.