ABŞ Rusiyadan neft və qaz idxalını dayandırdı
BRİTANİYA DA ANALOJİ ADDIM ATACAQ
ABŞ Rusiyanın Ukraynada müharibə aparmasına cavab olaraq Moskvaya qarşı növbəti iqtisadi qadağasını tətbiq edib. Vaşinqton bu gündən Rusiyadan neft və qaz idxalını dayandırır. 
 
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.
 
Onun sözlərinə görə, bu qərar hər iki partiya tərəfindən dəstəklənib.Prezident həmçinin onu da vurğulayıb ki, ABŞ Avropadakı müttəfiqlərinin Rusiyadan enerji idxalına qoyulan qadağaya qoşula bilməyəcəyini anlayır.
 
Qeyd edək ki, dünən Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya neftindən imtinanın dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracağını və bu qiymətlərin bir barel üçün 300 dollara və ya daha çox sıçramasına səbəb olacağını demişdi.
 
Xatırladaq ki, bu gün ABŞ-da yanacağın qiyməti kəskin şəkildə artıb. Amerikada qiymət artımı hər qallon (4,5 litr) üçün 4,17 dollara çatıb.
 
Bu arada məlum olunb ki, Britaniya da Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracaq.
 
Krallığın biznes, energetika və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenq deyib ki, Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyanın neft və neft məhsullarını idxal etməkdən imtina edəcək.
 
Onun sözlərinə görə, imtina bazara, şirkətlərə və təchizatçılara Böyük Britaniya tələbatının 8%-ni təşkil edən Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək.
 
Nazir qeyd edib ki, krallıq ABŞ, Niderland və Körfəz ölkələri ilə daha çox neftin tədarükü edilməsi istiqamətində işləyəcək: “Bazar artıq Rusiya neftini kənarlaşdırmağa başlayıb və onun demək olar ki, 70%-i hələ də alıcı tapa bilmir”.
 
O, həmçinin bildirib ki, London Rusiya qazının da ölkəyə idxalını dayandırmaq üçün imkanları araşdırır. Nazir qeyd edib ki, hazırda krallıqda Rusiya qazının payı 4% təşkil edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.