Ərdoğan: NATO sammiti Türkiyənin qlobal təhlükəsizlikdəki rolunu göstərdi - VİDEO

NATO-nun Dövlət və Hökumət Başçılarının 36-cı Sammiti Türkiyənin qlobal təhlükəsizlik arxitekturasındakı mərkəzi rolunu bir daha nümayiş etdirib.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankara sammitinin nəticələrinə həsr olunmuş paylaşımında yazıb.

 

Ərdoğan qeyd edib ki, sammitdə müzakirə olunan “NATO 3.0” konsepsiyası Alyansın yeni dövrün çağırışlarına daha effektiv uyğunlaşmasını nəzərdə tutur. Onun sözlərinə görə, qəbul edilən qərarlar NATO-nun müdafiə və çəkindirmə imkanlarının gücləndirilməsinə, transatlantik əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

 

Türkiyə lideri ölkəsinin hərbi imkanları, strateji mövqeyi, diplomatik təcrübəsi və müdafiə sənayesi sayəsində NATO-nun aparıcı müttəfiqlərindən biri olduğunu vurğulayıb.

 

Ərdoğan bildirib ki, Ankara NATO müttəfiqlərini hava və raketdən müdafiə sistemlərinə əlavə 24 milyard dollar vəsait ayrılması barədə məlumatlandırıb. O, ABŞ Prezidenti Donald Trampla görüşünün müdafiə sənayesi, xüsusilə KAAN və F-35 proqramları baxımından konkret nəticələrə gətirəcəyinə ümid etdiyini qeyd edib.

 

Türkiyə Prezidenti, həmçinin Ankaranın Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün diplomatik kanalları açıq saxladığını və İranla ABŞ arasında dialoq və uzunmüddətli sülh istiqamətində səylərini davam etdirdiyini bildirib.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.