Xameneinin vida mərasimində 43 MİLYONA YAXIN İNSAN İŞTİRAK EDİB

İranın mərhum Ali lideri Əli Xameneinin vida mərasimi dünya tarixində ən böyük kütləvi yürüş kimi qeydə alınıb.

 

Bu barədə "Press TV" məlumat yayıb.

 

Bildirilib ki, İran və İraqda keçirilən tədbirlərdə ümumilikdə 43 milyona yaxın insan iştirak edib.

 

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin aviazərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Mərasimdə 100-dən çox ölkədən yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib.

 

İyulun 4-dən 5-dək cənazə Tehranın ən böyük dini-ictimai kompleksi olan "Mosalla"da saxlanılıb. İyulun 6-da paytaxtın əsas küçələrində keçirilən izdihamlı yürüşdən sonra cənazə İranın dini mərkəzi hesab olunan Qum şəhərinə çatdırılıb və orada iyulun 7-də mərasimlər təşkil olunub.

 

Həmin gün axşam saatlarında cənazə İraqa aparılıb, orada Nəcəf və Kərbəla şəhərlərində yerli şiələr üçün vida mərasimləri keçirilib.

 

İyulun 9-da Əli Xamenei doğulduğu Məşhəd şəhərində torpağa tapşırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.