Rəsmi Tehran: İran ABŞ ilə danışıqlar üçün müraciət etməyib

İran danışıqlar aparmaq üçün ABŞ-a müraciət etməyib.

 

İSNA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai deyib.

 

"Tehran ABŞ ilə danışıqlar aparmaq xahişi ilə müraciət etməyib, lakin öz məsuliyyətli siyasəti çərçivəsində son hadisələri müzakirə etmək üçün regional vasitəçilərdən birinin İrana səfər etmək təklifini qəbul edib", - o deyib və Qətər rəsmiləri ilə Məşhəddə görüşün baş tutduğunu əlavə edib.

 

Bəqainin sözlərinə görə, Tehran öz mövqeyini vasitəçi olan Qətərə çatdırıb: "ABŞ-ın əhdi pozması bir vərdişdir. İmzalanmasından cəmi 21 və ya 22 gün keçən anlaşma memorandumu ABŞ tərəfindən davamlı olaraq müxtəlif bəndlərin pozulması ilə üzləşib.

 

Həmçinin İran neftinin satış lisenziyasının ləğvi ilə bağlı bildiriş anlaşma memorandumunun digər bir bəndinin kobud şəkildə pozulması hesab olunur və yeni sanksiyaların tətbiq edilməsi xəbəri də sənədin doqquzuncu bəndinə ziddir".

 

Bəqainin fikrincə, Amerika tərəfi anlaşma memorandumunu müxtəlif bəhanələrlə pozub. Bu isə danışıqlara mane olur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.