
ABŞ-ın İranın Kirman vilayətində telekommunikasiya qülləsinə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər xəsarət alıb.
"Mehr" agentliyi bildirir ki, bu barədə vilayət başçısının müavini Rəhman Cəlali məlumat verib.
"Hücum zamanı Kirman vilayətinin cənubundakı dağlıq ərazidə yerləşən rabitə qülləsi vurulub. Nəticədə iki nəfər yaralanıb. Xilasetmə qüvvələri əraziyə operativ şəkildə çatdıqdan sonra zərərçəkənlər dərhal helikopterlə tibb müəssisələrinə təxliyə ediliblər və hazırda onlara lazımi tibbi yardım göstərilir", - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 12-nə keçən gecə İran ərazisindəki təxminən 140 hədəfə hücum etdiklərini açıqlayıb. Bu addım Tehranın Hörmüz boğazında ticarət gəmisinə endirdiyi zərbəyə cavab olaraq həyata keçirilib. İran isə buna cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə raketlər atıb. Bəhreyn, Küveyt, BƏƏ, Oman və Qətər də öz növbəsində İranın hava hücumlarının dəf edildiyi barədə bəyanatlar yayıblar.