Hakan Fidan Parisdə keçiriləcək UKRAYNA SAMMİTİNDƏ İŞTİRAK EDƏCƏK

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə keçiriləcək Ukrayna mövzusunda "Könüllülər Koalisiyası"nın Liderlər Sammitində iştirak edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Fidan sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək. Nazir Parisdə keçirəcəyi görüşlərdə Ukraynanı tərəfdaşları ilə müzakirə edəcək.

 

Qeyd olunub ki, H.Fidan Türkiyənin Kiyevin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi bir daha təsdiqləyəcək. O, həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda cəbhədəki son vəziyyət və müharibənin başa çatdırılmasına yönəlmiş diplomatik səylərin hazırkı mərhələsi ilə bağlı Ankaranın qiymətləndirmələrini təqdim edəcək.

 

Fidanın Türkiyənin Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən danışıqlar masası arxasında bir araya gətirməyə hazır olduğunu vurğulayacağı gözlənilir.

 

Nazir Qara dənizdə sülh və sabitliyin qorunmasının Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edərək, bu istiqamətdə səyləri dəstəkləməyə hazır olduqlarını ifadə edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.