İran XİN: Körfəz dövlətlərinə yox, ABŞ bazalarına zərbə endirilib

"İran İslam Respublikası Amerika Birləşmiş Ştatları ilə imzalanmış memorandumu heç vaxt pozmayıb və onun icra edilməməsinə görə bütün məsuliyyət Vaşinqtonun üzərinə düşür".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bunu bu gün keçirilən brifinqdə deyib.

 

"İran heç bir zaman öhdəliklərin pozulmasının təşəbbüskarı olmayıb. Biz qürurla bəyan edirik ki, İran İslam Respublikası istənilən danışıqlarda dəqiqlik və ciddilik nümayiş etdirib. Razılaşmaları daim pozan tərəf məhz Amerika tərəfidir ", - deyə Bəqai qeyd edib. 

 

XİN rəsmisi, həmçinin vurğulayıb ki, ABŞ əldə olunmuş bütün razılaşmaların icrasına qayıdana qədər İran da eyni şəkildə memorandum üzrə öhdəliklərini yerinə yetirməyi dayandıracaq.

 

"Biz ən başından "öhdəliyə qarşı öhdəlik" prinsipindən çıxış etmişik. Əgər qarşı tərəf öz öhdəliklərinə əməl edərsə, biz də özümüzünküləri icra edəcəyik. Bundan sonra fəaliyyətimiz belə olacaq: qarşı tərəf öz öhdəliklərini pozmağa davam etdikcə, İran İslam Respublikası da öz növbəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edəcək ", - deyə Bəqai bildirib.

 

Bundan başqa diplomat qeyd edib k, İran Fars körfəzi ölkələrinə zərbələr endirməyib, yalnız bölgədəki ABŞ hərbi bazaları hücumlara məruz qalıb.

 

"Biz regiondakı heç bir ölkəyə hücum etməmişik və İranın zərbələri yalnız ABŞ-ın bölgədəki mövqelərinə yönəlib", - deyə Bəqai əlavə edib. O xatırladıb ki, Tehran dəfələrlə region ölkələrindən ABŞ-ın İrana müdaxilə etmək üçün onların ərazilərindən istifadəsinə icazə verməmələrini xahiş edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.