
Senzor.az bildirir ki, bu barədə pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytı məlumat yayıb.
Qeyd olunur ki, son sutka ərzində dünyada koronavirusa 1 milyon 604 min 722 yoluxma halı aşkarlanıb. Beləliklə, yoluxanların ümumi sayı 450 milyon 8 min 900 nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 36 min 400 nəfərə çatıb.
ABŞ pandemiyanın başlanğıcından bəri həm COVID-19 infeksiyasına yoluxanların, həm də virusdan ölənlərin sayına görə dünyada liderliyinə davam edir. Martın 9-na olan məlumata əsasən, Birləşmiş Ştatlarda indiyədək koronavirusa 81 milyon 13 minə yaxın insan yoluxub, onlardan 987 min 615 nəfəri həyatını itirib.