Suriya Prezidenti: İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik

İsraillə münaqişə bu dövlətlə təhlükəsizlik tədbirləri barədə saziş bağlamağa can atan Suriyanın maraqlarına cavab vermir.

 

Bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa "Al Jazeera" telekanalına müsahibəsində deyib.

 

"Biz regionda hərbi eskalasiyadan ehtiyat edirik və İsraillə qarşıdurmadan qaçmağa çalışırıq. Dəməşq dost ölkələrin dəstəyi ilə İsraillə təhlükəsizlik üzrə sazişin əldə olunması istiqamətində işləyir", - o bildirib.

 

Suriya liderinin sözlərinə görə, belə bir sazişin bağlanması Yaxın Şərqdə hərtərəfli sülhə yol aça bilər. Eyni zamanda, o vurğulayıb ki, Suriya 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş Qolan təpələrinə dair hüquqları məsələsində güzəştə getməyəcək.

 

Xatırladaq ki, Əl Şaraa iyulun 25-də Dəməşqdə BMT Baş katibi Antonio Quterreşlə danışıqlar aparıb. Danışıqların yekunlarına əsasən, Quterreş bəyan edib ki, BMT Qolan təpələrini Suriyanın bir hissəsi kimi tanıyır və İsrailin demilitariziasiya olunmuş zonaya müdaxilələrini pisləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.