
Bunu ÜST-nin Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove brifinqdə deyib.
Onun sözlərinə görə, "deltakron" Avropanın bir sıra ölkələrində qeydə alınıb, lakin yoluxma faizi aşağıdır.
"Yeni ştam Fransa, Niderland və Danimarkada müəyyən edilib. Lakin infeksiyanın çox aşağı səviyyəsi müəyyən olunub", - Van Kerxove deyib.
“Report” xatırladır ki, "deltakron" "delta" və "omikron" alt növlərinin birləşməsindən yaranıb.