Tramp bu gün Ağ Evdə Netanyahu ilə də görüşdü - ƏSAS MÜZAKİRƏ MÖVZUSU İRAN OLUB
VİDEO

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşüb.

 

Senzor.az bildirir ki, görüş mediaya qapalı olub.

  

Bununla belə, "N12" telekanalının yüksəkvəzifəli İsrail rəsmisinə istinadən yaydığı məlumata görə, keçirilən danışıqların əsas mövzusu İran olub və təxminən bir saat davam edən görüş səmərəli keçib.

 

"Görüş çox yaxşı keçdi. Liderlər gündəlikdə olan bütün məsələləri, ilk növbədə isə İranı müzakirə etdilər. Onlar İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına sadiq olduqlarını bir daha təsdiqlədilər. Həmçinin İsrail ilə ABŞ arasında möhkəm tərəfdaşlıq və Yaxın Şərqdə yaranan müxtəlif imkanlar müzakirə olundu", - deyə telekanalın həmsöhbəti bildirib.

 

"N12" qeyd edir ki, iki liderin danışıqlarında Vaşinqton administrasiyasının demək olar ki, bütün yüksəkvəzifəli nümayəndələri - Vitse-prezident Cey. Di. Vens, Dövlət katibi Marko Rubio, müharibə naziri Pit Heqset və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak ediblər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.