
İyulun 30-na keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava zərbələri endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, həmin zərbələr dağıntılara səbəb olub.
Kiyev şəhər meri Vitali Kliçko deyib ki, hava zərbələri nəticəsində Svyatoşin və Obolon rayonlarında yanğın baş verib.
Yerli "Teleqram" səhifələrinin yaydığı məlumata görə, hava zərbəsi zamanı metronun "Poçayna" stansiyasının girişi dağılıb.
Rusiya, Kiyevdən başqa Dnepr, Krivoy Roq, Kropivnitski, Vinnitsa, Sumı, Xarkov şəhərlərinə də hava zərbələri endirib.
Krivoy-Roq şəhərinin kənarındakı kəndə Rusiyanın Voronej vilayətindən atılan “İsgəndər-M” ballistik raketi çoxuşaqlı bir ailənin yaşadığı fərdi evə dəyib. Nəticədə altı nəfər, o cümlədən 5 və 12 yaşlı qızlar həlak olublar.
Krivoy-Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkula bildirib ki, raket zərbəsi nəticəsində daha səkkiz nəfər, o cümlədən iki uşaq yaralanıb.
Xilasetmə əməliyyatı davam edir və dağıntılar hələ də təmizlənir. Qurbanlara lazımi yardım göstərilir. Vilkulun sözlərinə görə, ölənlərin sayı arta bilər.
İyulun 30-u gecəsi Rusiyanın raket hücumu nəticəsində Lvovda yaralanan sakinlərin sayı isə 25-ə çatıb. Bu barədə Lvov meri Andrey Sadovyi “Telegram”da məlumat verib. O bildirib ki, Lvov yerli vaxtla saat 04:45 radələrində raket hücumuna məruz qalıb. Patona və Vıqovski küçələrində iki yaşayış binasına daha çox ziyan dəyib.
Xilasedicilər dağıntılar altından insanları çıxarmağa davam edirlər. Ümumilikdə 20-dən çox yaşayış binası, bir məktəb və iki uşaq bağçası zərər görüb.


