“Axios”: HƏMAS-ın tərk-silahı yaxın həftələrdə başlayacaq

ABŞ administrasiyası HƏMAS-ın tərk-silahı ilə bağlı əldə olunduğu bildirilən razılaşmanın icrasına yaxın həftələrdə başlanacağını gözləyir.

 

Bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.

 

Məlumata görə, razılaşma çərçivəsində HƏMAS və İsrail yeddi-səkkiz ay ərzində qarşılıqlılıq prinsipi əsasında bir sıra mərhələli addımlar atacaqlar. Bu proses monitorinq ediləcək.

 

Portalın yazdığına görə, razılaşmaya əsasən, HƏMAS-ın silah istehsalı üçün istifadə etdiyi tunellərin və obyektlərin məhv edilməsi nəzərdə tutulur. Eyni zamanda, İsrail tərəfinin HƏMAS-ın razılaşmanın şərtlərinə əməl edəcəyinə ehtiyatla yanaşdığı bildirilir.

 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Sülh Şurasının HƏMAS və Qəzza zolağındakı digər silahlı qrupların tam tərk-silahı barədə razılıq əldə etdiyini açıqlamışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.